Ucnoqta.az
www.ucnoqta.az

Xəzər dənizində balıqların kütləvi ölümü - Araşdırma başladı

08:24 - 8 İyul 2025 tarixində dərc olunub.

Qazaxıstanın Manqistau vilayəti üzrə Ekologiya Departamentinin əməkdaşları Xəzər dənizi sahillərində aşkar edilmiş balıqların kütləvi tələfinin səbəblərini araşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə departament məlumat yayıb.

İdarədən verilən məlumata görə, mütəxəssislər Tüpkaraqan rayonunun Manqışlak yarımadasındakı Fort-Şevçenko ərazisindən su nümunələri götürüb, həmçinin bir neçə balıq cəsədini analiz üçün toplayıblar.

Daha əvvəl sosial şəbəkələrdə yerli sakinlər tərəfindən dəniz sahilinə çıxan ölü balıqların videoları yayımlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası