Ucnoqta.az
www.ucnoqta.az

Pentaqon Ukraynaya müdafiə silahları göndərəcək

07:49 - 8 İyul 2025 tarixində dərc olunub.

Pentaqon prezident Donald Trampın göstərişinə əsasən Ukraynaya müdafiə silahları göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Şon Parnel bildirib.

“Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərir ki, biz davamlı sülhün bərqərar olması üçün çalışarkən Ukrayna xalqı özünü müdafiə edə bilsin” o, qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası