İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə gəlib.
Ucnoqta.az bildirir ki, bu barədə iyulun 7-də “İzvestiya”nın müxbiri məlumat verib.
Diplomat Rusiya Ticarət Nümayəndəliyinə hücumla əlaqədar nazirliyə çağırılıb. Onun avtomobilinin Rusiya Xarici İşlər Nazirliyinə gəldiyi bildirilir.
İyulun 5-də Rusiya səfirliyi İsveçdəki Ticarət Nümayəndəliyinin binasına hücum barədə məlumat verib.