Ucnoqta.az
www.ucnoqta.az

Polşa 5 min hərbçisini sərhədə yığdı

12:34 - 7 İyul 2025 tarixində dərc olunub.

Polşa Ordusu sərhədçi və polisə dəstək məqsədilə Almaniya ilə sərhəddə “Təhlükəsiz Qərb” əməliyyatına başlayıb və "Təhlükəsiz Podlasie" əməliyyat zonası Litva ilə sərhədə qədər genişləndirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış X-də yazıb.

Nazir bildirib ki, Təhlükəsiz Qərb əməliyyatı başlayıb - Polşa Ordusu Almaniya ilə sərhəddə sərhədçiyə və polisə dəstək verir.
"Eyni zamanda, biz Təhlükəsiz Podlasie əməliyyatı çərçivəsində Litva ilə sərhəddə fəaliyyətimizi genişləndiririk", - qeyd edib.
Onun sözlərinə görə, əməliyyata 5 minə qədər hərbçi cəlb oluna bilər.

Müəllif: Ucnoqta.az redaksiyası