Ucnoqta.az
www.ucnoqta.az

Azad edilmiş ərazilərdə daha 59 mina, 382 PHS aşkarlanıb - ANAMA

10:51 - 7 İyul 2025 tarixində dərc olunub.

Ötən həftə azad olunan ərazilərdə 2 min hektardan çox sahə minalardan təmizlənib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, 30 iyun - 6 iyul tarixlərində aparılan əməliyyatlar zamanı 16 tank əleyhinə mina, 43 piyada əleyhinə mina, 382 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 2331,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası