Ucnoqta.az
www.ucnoqta.az

Qvadalupe daşdı - ölənlərin sayı 50-yə çatıb

09:14 - 6 İyul 2025 tarixində dərc olunub.

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində azı 50 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN xəbər verib. Qeyd olunur ki, buna güclü yağışlar və Qvadalupe çayının daşması səbəb olub.

Belə ki, Kerr dairəsində 43 nəfər, Burnet dairəsində 3 nəfər, Travis dairəsində isə 4 nəfər ölüb. Onlarla hələ də itkin düşüb.

Bundan əvvəl ABŞ-ın Texas ştatında daşqın zamanı azı 24 nəfərin öldüyü, daha 25 nəfərin itkin düşdüyü bildirilirdi.

Müəllif: Ucnoqta.az redaksiyası