Ucnoqta.az
www.ucnoqta.az

Romada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib

12:24 - 4 İyul 2025 tarixində dərc olunub.

Romanın cənub-şərqində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində 8-i polis əməkdaşı olmaqla azı 10 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, “Il Messaggero” qəzetinin məlumatına görə, hadisə yerində güclü yanğın baş verib.

Hadisənin səbəbləri araşdırılır. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Yaxınlıqdakı metro dayanacağı bağlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası