Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günüdür.
Ucnoqta.az xəbər verir ki, bu gün I seansda tarix və coğrafiya, II seansda isə Azərbaycan dili və ədəbiyyat fənlərindən imtahan keçiriləcək.
Qeyd edək ki, test imtahanlarından 65 572 namizədin iştirak etməsi planlaşdırılır. Test imtahanı mərhələsinin ilk gününün I seansına 3 771 namizəd, II seansına isə 4 626 namizəd dəvət olunub.