Ucnoqta.az
www.ucnoqta.az

Astarada 15 yaşlı yeniyetmə su anbarında boğulub

21:44 - 3 İyul 2025 tarixində dərc olunub.

Astarada 15 yaşlı yeniyetmə boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsindəki su anbarının ərazisində baş verib.

Belə ki, 15 yaşlı Murad Ramin oğlu Ağazadə qəsəbə ərazisindəki “Lovain” su anbarına düşərək boğulub. Yeniyetmənin cansız bədəni sudan çıxarılıb. Bədbəxt gadisənin ehtiyyatsızlıqdan baş verdiyi deyilir.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası