Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın avtomobil sektoruna ağır zərbə: Satışlar KƏSKİN AZALIB

16:19 - 3 İyul 2025 tarixində dərc olunub.

Rusiyada avtomobil satışları 2025-ci ilin ilk yarısında böyük eniş yaşayır. Sənaye və Ticarət Nazirliyi Qərb şirkətlərinin bazardan çəkilməsindən sonra sektorun daralmağa davam etdiyini açıqladı.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyinin açıqladığı son məlumatlara görə, 2025-ci ilin yanvar-iyun dövründə yeni avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 546 min ədəd olub. İyun satışları illik bazda 29 faiz azalıb.

Mərkəzi Rusiyada olan Avropa Biznes Assosiasiyası (AEB) ölkədə yeni avtomobil satışlarının 2025-ci ildə 24 faiz azalaraq 1 milyon 250 minə düşəcəyini proqnozlaşdırır. Bu, son illərin ən aşağı satış rəqəmlərindən biri kimi qeyd oluna bilər.

Rusiyanın Sənaye və Ticarət naziri Anton Əlixanov yüksək siyasət faizlərinin sektora təzyiq etdiyini vurğulayaraq, “Avtomobil sektoru çətin bir prosesdən keçir, bərpası zaman alacaq” dedi.

2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsindən sonra Qərbin avtomobil nəhəngləri Rusiya bazarından geri çəkildi. Çinli avtomobil istehsalçıları bu boşluğu doldurmağa başladılar. Eyni zamanda, yerli istehsalçılar montaj qabiliyyətini artırdıqları üçün bazarda çökmə səngidi, lakin tələbatın ümumi azalması davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası