BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) məlumatına görə, son üç ay yarım ərzində İrandan Əfqanıstana 640 min əfqan qaçqın qayıdıb, onlardan 360 mini deportasiya edilmişdi.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat maliyyənin əhəmiyyətli dərəcədə azaldılması səbəbindən humanitar yardım göstərməyin çətin olduğunu bildirir.
“Kütləvi qayıdışlar əsasən könüllü deyil - insanlar İran hökumətinin tələblərinə tabedirlər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu insanlara kömək etməyə çalışır, lakin maliyyənin kəskin azalması fonunda BMT-nin imkanları son dərəcə məhduddur”, - deyə BMT-nin saytında bildirilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Əfqanıstandakı nümayəndəsi Ərəfat Camal bildirib ki, bu ilin əvvəlindən 1,2 milyondan çox əfqan İran və Pakistandan evlərinə qayıtmağa məcbur olub.