Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanılıb

15:09 - 30 İyun 2025 tarixində dərc olunub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24 yaşlı Nicat Kazımovdan ümumilikdə 14 kiloqramdan artıq marixuana, tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210 ədəd metadon və preqabalin həbləri aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qeyd edilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 63 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Müəllif: Ucnoqta.az redaksiyası