Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda kürəkən qayınatasını öldürdü

10:03 - 30 İyun 2025 tarixində dərc olunub.

Şamaxı şəhərində qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, ilkin məlumata əsasən kürəkən 1994-cü il təvəllüdlü Əliyev Teymur Vüqar oğlu ailə münasibətləri zəminində qayınatası 1971-ci il təvəllüdlü Quliyev Elşen Seyfi oğluna bıçaqla xəsarət yetirib və ağır yaralayıb.

Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin həyatını xilas etmək olmayıb. Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası