Ucnoqta.az
www.ucnoqta.az

İranda yoxa çıxan 400 kq uran haradadır? - Qrossi

08:05 - 29 İyun 2025 tarixində dərc olunub.

Tehran ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsinə baxmayaraq, zənginləşdirilmiş uranın bir hissəsini özündə saxlamış ola bilər.

Ucnoqta.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bildirib. Qrossi Tehranda olduğu iddia edilən 60% zənginləşdirilmiş 400 kq urana istinad edərək bildirib:
 "Biz bu materialın harada ola biləcəyini bilmirik. Bəziləri zərbələr zamanı məhv edilə bilərdi, lakin bəziləri köçürülə bilərdi. Nə vaxtsa bunu dəqiqləşdirmək lazımdır", - AEBA-nın baş direktoru əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası