Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə 2500 ot bağı və 3 inək yanıb

10:23 - 28 İyun 2025 tarixində dərc olunub.

Tərtərin Sarıcalı kəndində fərdi təsərrüfatda tələfatla nəticələnən yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kənd sakini Səfərov Valehə məxsus təsərrüfatda olub.

Yanğın zamanı çardağa yığılan 2500 ot bağı və çardağın altında bağlı olan 3 baş inək yanaraq tələf olub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: Ucnoqta.az redaksiyası