Rusiya 223 trilyon ÜDM-in 13,5 trilyon rublunu hərbi ehtiyaclara xərcləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Xərclərin özlərinə gəlincə: 6,3% - bu, çoxdur, yoxsa azdır? Rusiyanın ÜDM-in 6,3%-i müdafiə ehtiyacları üçün 13,5 trilyon rubl təşkil edir. Bizim isə bütün ÜDM-imiz 223 trilyon rubl təşkil edir", - o deyib.
O qeyd edib ki, xərclər “kiçik deyil” və bu qədər böyük hərbi xərclər Rusiya büdcəsi üçün problemdir və hazırda Rusiya bunu ləyaqətlə həll edir.