Ucnoqta.az
www.ucnoqta.az

Sertifikatlaşdırmada bu suallardan istifadə edilməyib - MÜTDA

18:35 - 27 İyun 2025 tarixində dərc olunub.

Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır.

Ucnoqta.az report-a istinadla xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

O qeyd edib ki, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib:

"Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur".

Müəllif: Ucnoqta.az redaksiyası