Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda motosiklet qəza törədib, sürücü ölüb

16:36 - 26 İyun 2025 tarixində dərc olunub.

Göyçayda “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Göyçay şəhəri ərazisində baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası