Ucnoqta.az
www.ucnoqta.az

Qalstanyanın ittihamları məlum oldu

16:40 - 25 İyun 2025 tarixində dərc olunub.

Arxiyepiskop Baqrat Qalstanyan terror aktları hazırlamaqda, kütləvi iğtişaşlar təşkil etməkdə və hakimiyyəti zorakılıqla ələ keçirməkdə ittiham olunur.

Ucnoqta.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, o, guya 2024-cü ilin noyabrında “Müqəddəs Mübarizə” hərəkatının bir sıra iştirakçılarından dəstək alaraq və onların həyata keçirilməsi üçün lazımi vəsait əldə edərək, bu planları Konstitusiya çərçivəsindən kənar həyata keçirməyə hazırlaşmağa başlayıb.

Qeyd olunur ki, axtarışlar zamanı silahlar, döyüş sursatları, fəaliyyət planları və digər materiallar tapılıb ki, bu da çevrilişə hazırlığı təsdiqləyir.

Müəllif: Ucnoqta.az redaksiyası