Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda velosipedçi piyadanı vurub öldürdü

17:06 - 25 İyun 2025 tarixində dərc olunub.

İsmayıllıda velosipedçi piyadanı vurub. 

Ucnoqta.az xəbər verir ki, hadisə iyunun 11-də İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini, 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.

Yerə yıxılan S.Eyyubov başından xəsarət alıb. 

Xəstəxanaya yerləşdirilmiş S.Eyyubov dünən orada ölüb.

Müəllif: Ucnoqta.az redaksiyası