Ucnoqta.az
www.ucnoqta.az

General-mayor rütbəsi verilən Elnur Kazımov kimdir? - DOSYE

11:43 - 25 İyun 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Elnur Kazımova “general-mayor” ali hərbi rütbəsi verilib.

Ucnoqta.az xəbər verir ki, Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, 2022-ci ilədək hərbi prokurorun müavini olub. 2022-ci ildə müdafiə naziri Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi təyin edilib.

2024-cü ildə nazirin əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.

Qeyd edək ki, Elnur Kazımov Ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır.

Müəllif: Ucnoqta.az redaksiyası