Ucnoqta.az
www.ucnoqta.az

Prezident onlara general rütbəsi verdi - SİYAHI

11:16 - 25 İyun 2025 tarixində dərc olunub.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova

polkovnik Vasif Tofiq oğlu Xəlilova

polkovnik Elnur Sadıq oğlu Kazımova

polkovnik Elgün Aqil oğlu Əliyevə.

Müəllif: Ucnoqta.az redaksiyası