Ucnoqta.az
www.ucnoqta.az

Qəzzada yeddi İsrail əsgəri həlak olub

07:57 - 25 İyun 2025 tarixində dərc olunub.

Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı İsrail Müdafiə Qüvvələrinin (İDF) 7 əsgəri həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İDF-nin sözçüsü məlumat yayıb.

Qeyd olunur ki, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində zirehli transportyorun partlaması nəticəsində 7 əsgər şəhid olub, daha biri ağır yaralanıb.
Bununla da, Yaxın Şərqdəki münaqişənin yeni raundunda həlak olan İsrail əsgərlərinin sayı artıq 878-ə çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası