Ucnoqta.az
www.ucnoqta.az

Messi keçmiş komandasına qarşı - "İnter Mayami" PSJ ilə qarşılaşacaq

07:49 - 24 İyun 2025 tarixində dərc olunub.

Amerikanın “İnter Mayami” və Braziliyanın “Palmeyrası” FİFA Klublararası Dünya Çempionatının pley-off mərhələsinin növbəti iştirakçıları olub.

Ucnoqta.az xıbər verir ki, komandalar qrup mərhələsinin üçüncü turunda üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. 80-ci dəqiqəyə qədər "Palmeyras" rəqibinə iki top fərqi ilə uduzurdu.

"Palmeyras" və "İnter Mayami" hərəyə 5 xal toplayıb, Braziliya klubu daha yaxşı top fərqi sayəsində A qrupunun qalibi olub. Sonrakı yerləri qrup mərhələsinin son turunda 4:4 hesabı ilə başa vuran Portuqaliyanın “Portu” və Misirin “Əl-Əhli” (hər ikisi 2 xal) komandaları tutub.

1/8 finalda "İnter Mayami" Çempionlar Liqasının hazırkı qalibi, əvvəllər Lionel Messinin çıxış etdiyi fransalı Paris Saint-Germain klubu ilə qarşılaşacaq.

Müəllif: Ucnoqta.az redaksiyası