Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin İraqdakı hava bazası yüksək hazırlıq vəziyyətinə gətirildi

20:55 - 23 İyun 2025 tarixində dərc olunub.

ABŞ-ın İraqdakı hava bazası maksimum həyəcan vəziyyətində, şəxsi heyyətə bunkerlərə sığınmaq əmri verilib.

Ucnoqta.az “Reuters”ə istinadən xəbər verir ki, İranın hücumundan ehtiyatlanan ABŞ-ın İraqdakı Ayn əl-Əsəd bazasında hava hücumundan müdafiə sistemi işə salınıb.

Tasnim xəbər agentliyi xəbər verir ki, İranın ABŞ bazalarına qarşı əməliyyatı "Qələbə müjdəsi" adlanır, Tehran bunu Qətər və İraqdakı bazalarına qarşı keçirir.

Müəllif: Ucnoqta.az redaksiyası