Ucnoqta.az
www.ucnoqta.az

İran Qətərdəki ABŞ hərbi bazasını vurdu

21:11 - 23 İyun 2025 tarixində dərc olunub.

İran ABŞ-ın Qətərdəki bazalarına 10, İraqdakı ABŞ bazasına isə 1 raket atıb.

Ucnoqta.az xəbər verir ki. bu barədə Ynet portalı İsrail mənbəsinə istinadən məlumat yayıb.

20:50

İran Qətərdəki ABŞ-nin Əl-Udeyd aviabazasına qarşı əməliyyata başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Dövlət Yayım Şirkəti məlumat yayıb.
Axiosa-un yaydığı məlumata görə, İran Qətərdəki ABŞ hərbi bazalarına 6 raket atıb.

Daha əvvəl ABŞ kəşfiyyatı İranın Qətərdəki ABŞ-nin Əl Udeid aviabazasına mümkün zərbəsi barədə xəbərdarlıq edib. Bu barədə Fox News məlumat yayıb.

Qeyd olunurdu ki, İranın Əl Udeid aviabazasına qarşı orta və qısa mənzilli qanadlı və ballistik raketlərdən və ya dəstə-dronlardan istifadə edəcəyi ilə bağlı narahatlıqlar var.

Müəllif: Ucnoqta.az redaksiyası