Ucnoqta.az
www.ucnoqta.az

Çin Azərbaycana təşəkkür edib

15:32 - 23 İyun 2025 tarixində dərc olunub.

Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyə görə Azərbaycana təşəkkürünü bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə bu gün brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) bəyan edib.

"ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Buna görə onların hamısına səmimi minnətdarlığımızı bildiririk", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 21-dək 740-dan çox Çin vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.///report

Müəllif: Ucnoqta.az redaksiyası