Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın itkiləri açıqlanıb - Siyahı

09:12 - 21 İyun 2025 tarixində dərc olunub.

Son 24 saat ərzində Rusiya ordusu 1060 hərbiçi itki verib. Rusiyanın ümumi döyüş itkiləri 1 milyon 10 min nəfəri keçib. 

Ucnoqta.az xəbər verir ki, Rusiyanın itkiləri ilə bağlı yenilənmiş məlumatları Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dərc edib.

O cümlədən, Ukrayna əsgərləri düşmənin bir tankını (cəmi 10955), beş döyüş zirehli texnikasını (22865), 19 artilleriya sistemini (29393), 123 əməliyyat-taktiki səviyyəli PUA (41 422) və 116 texnika (52 617) məhv edib.

Müəllif: Ucnoqta.az redaksiyası