Ucnoqta.az
www.ucnoqta.az

Şəhid Fuad Ələsgərovun qalıqları dəfn olunub

16:00 - 20 İyun 2025 tarixində dərc olunub.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ələsgərov Fuad Cəfər oğlunun nəşinin qalıqları bu gün Tovuz rayonunda ailəsinə təhvil verilib.

APA-nın məlumatına görə, rayonun Ağbaşlar kəndində şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin qalıqları Ağbaşlar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Ələsgərov Fuad Cəfər oğlu 1974-cü ildə Tovuz rayon Ağbaşlar kəndində anadan olub. 1993-ci ildə Füzuli rayonu ərazisində itkin düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası