Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti stabildir.
Ucnoqta.az xəbər v erir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, iyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib:
"Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd edilib.