Ucnoqta.az
www.ucnoqta.az

Günəşdə güclü parlayış olub

10:53 - 20 İyun 2025 tarixində dərc olunub.

Günəşdə ən yüksək X sinifli məşəl qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutunun məlumatına görə, bu, 14 may (X2.7) və 23 fevral (X2.0) partlayışlarından sonra bu ilin üçüncü ən güclü hadisəsidir.

Qeyd olunur ki, iyunun 20-də  4114 (N18W38) günəş ləkələri qrupunda rentgen diapazonunda 17 dəqiqə davam edən X1.9 məşəl qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası