İsrail Müdafiə Qüvvələri hava təhlükəsinin aradan qaldırıldığını, raketin düşdüyüı yerdə mütəxəssislərin işlədiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordununu mətbuatı xidməti məlumat yayıb. Komandanlıq vəziyyəti qiymətləndirdikdən sonra ölkənin bir sıra ərazilərində mühafizə olunan ərazilərdən çıxmaq əmri verib.
“İsrael Hayom” qəzetinin məlumatına görə, ölkənin cənubunda yerləşən Beer Şeva şəhərində raketin qəzaya uğraması nəticəsində bir neçə avtomobil yanıb, yaşayış binalarına ziyan dəyib.