Ucnoqta.az
www.ucnoqta.az

Rusiya ərazilərində 65 PUA vurulub

10:31 - 16 May 2025 tarixində dərc olunub.

Ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiya regionları üzərində Ukraynaya məxsus 65 pilotsuz uçan aparatı məhv edib və ələ keçirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, 43-ü Qara dəniz üzərində, 21-i Krım Respublikası ərazisi, 1-i isə Belqorod vilayəti üzərində zərərsizləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası