Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Albaniyaya getdi

18:56 - 15 May 2025 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlət başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası