Ucnoqta.az
www.ucnoqta.az

Babək prospektində qəza tıxaca səbəb oldu - Foto

08:13 - 15 May 2025 tarixində dərc olunub.

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ucnoqta.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası