Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil piyadanı vurub öldürdü

09:25 - 14 May 2025 tarixində dərc olunub.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Xəzər rayonunda 1975-ci təvəllüdlü İmiraslan Şıxveledov idarə etdiyi “Volvo” markalı avtomaşınla hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Sabir Hüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası