Ucnoqta.az
www.ucnoqta.az

Yeni hərbi prokuror bu məmurun kürəkəni imiş

20:04 - 13 May 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Ucnoqta.az “Axar.az”a istinadən xəbər verir ki, B.Əhmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun kürəkənidir.

Qeyd edək ki, M.Məmmədov 2018-ci ildən bu vəzifədədir.

Müəllif: Ucnoqta.az redaksiyası