Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 14 yaşlı yeniyetmə itkin düşdü

09:50 - 13 May 2025 tarixində dərc olunub.

Xətai rayonunda yaşayan 14 yaşlı yeniyetmə evdən çıxıb və geri qayıtmayıb.

Ucnoqta.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 32 ünvanında yaşayan 28.06.2011-ci il təvəllüdlü Cabbarov Rəvan Nadir oğlu mayın 11-də yaşadığı mənzildən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası