Ucnoqta.az
www.ucnoqta.az

Kəşmirin Pakistan hissəsində partlayış səsləri eşidilib

00:05 - 7 May 2025 tarixində dərc olunub.

Pakistanın nəzarətində olan Kəşmirin paytaxtı Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı güclü partlayış səsləri eşidilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters hadisə şahidlərinə istinadən məlumat yayıb.

Məlumata görə, silsilə partlayışlardan sonra şəhərdə elektrik enerjisi kəsilib.

Hadisənin səbəbləri və itkilər barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az redaksiyası