Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Mirzəliyevi yüksək vəzifəyə TƏYİN ETDİ

16:36 - 1 May 2025 tarixində dərc olunub.

İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat”a yeni sədr təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, İlham Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir.

1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini, 2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin  “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini, 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.

İqtisad üzrə fəlsəfə doktorudur.

Ailəlidir, 2 övladı var.

Müəllif: Ucnoqta.az redaksiyası