Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna bu gün ABŞ ilə saziş imzalaya bilər

15:26 - 30 Aprel 2025 tarixində dərc olunub.

Ukrayna çərşənbə günü kimi ABŞ-la təbii sərvətlərə dair saziş imzalamağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Məlumata görə, saziş çərçivəsində iki ölkə Ukraynada dağ-mədən sənayesi, enerji və əlaqəli texnologiyalara investisiyaların artırılmasına şərait yaratmağa çalışacaq.

Müəllif: Ucnoqta.az redaksiyası