Ucnoqta.az
www.ucnoqta.az

Bakıda dayı bacısı qızını bıçaqladı

11:58 - 28 Aprel 2025 tarixində dərc olunub.

Bakıda dayı bacısı qızını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib.

1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb.

Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası