Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan XİN İrana başsağlığı verdi

10:08 - 27 Aprel 2025 tarixində dərc olunub.

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb. 

Müəllif: Ucnoqta.az redaksiyası