Ucnoqta.az
www.ucnoqta.az

“Tramp 2028” yazısı olan beysbol papaqları satışda

23:45 - 24 Aprel 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Trampın onlayn mağazası indi "Tramp 2028" temalı mallar, o cümlədən beysbol papaqları təklif edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat müvafiq portalda yer alıb.

İmzalı qırmızı beysbol papağını 50 dollara ala bilərsiniz. İstehsalçı ölkə ABŞ kimi qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası