Ucnoqta.az
www.ucnoqta.az

Lerikdə narkotik alverçiləri həbs olundu

10:36 - 23 Aprel 2025 tarixində dərc olunub.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, onlardan ümumən 10 kiloqram marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 

Müəllif: Ucnoqta.az redaksiyası