Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə ailə faciəsi: 4 nəfər zəhərlənərək öldü

12:33 - 21 Aprel 2025 tarixində dərc olunub.

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Bəyimsarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: 30 yaşlı Tağızadə Ülfət Mais oğlu, həyat yoldaşı 27 yaşlı Tağıyeva Əfsanə Fəqan qızı və övladları 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.

Müəllif: Ucnoqta.az redaksiyası