Ucnoqta.az
www.ucnoqta.az

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

19:49 - 18 Aprel 2025 tarixində dərc olunub.

Aprelin 19-da avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 19-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası