Ucnoqta.az
www.ucnoqta.az

Məktəbdə zəhərlənən şagirdlərin vəziyyəti AÇIQLANIB

13:03 - 11 Aprel 2025 tarixində dərc olunub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcilli tibbi yardım şöbəsinin müdiri Almaz Əsədova rayonun Düz Cırdaxan kənd orta məktəbində şagirdlərin zəhərlənməsi hadisəsi ilə bağlı Medianews.az-a açıqlama verib.

Almaz Əsədova bildirib ki, aprelin 11-i saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər (məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

Müəllif: Ucnoqta.az redaksiyası