Ucnoqta.az
www.ucnoqta.az

Şərurda 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

17:23 - 10 Aprel 2025 tarixində dərc olunub.

Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Rahib Valeh oğlu elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası