Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ olub

08:28 - 8 Aprel 2025 tarixində dərc olunub.

Aprelin 8-də yerli vaxtla saat 00.35-də Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda 3,7 maqnitudalı zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə olub.

Müəllif: Ucnoqta.az redaksiyası